Muəllif:

Moskva meri sərt rəftarın mesajını verdi

Moskva meri Sergey Sobyanin qanunları pozan miqrantların bundan sonra da ölkədən çıxarılacağını nəzərə çatdırıb. Bu xəbəri rus saytları yayıblar. Eyni zamanda mer miqrant əməyindən istafadə ediləcəyini, amma onların üzərində ciddi nəzarətin olacağını vurğulayıb.
Moskva meri miqrantlara qarşı hücumların əsası qoyulan Biryulovadakı meyvə-tərəvəz bazasının bağlanması məsələsinə də münasibət bildirib. Sahibkarlar qayda-qanun yaratmadıqları halda meyvə-tərəvəz bazalarının hamısının bağlanacağını bəyan edib. Bir çox meyvə-tərəvəz bazalarının sahiblərinə “ya qayda-qanun yaradacaqları, ya da bazarların bağlanacağı” barədə xəbərdarlıq edib.
Moskva meri məscidlər məsələsinə də toxunub. Moskvada yeni məscidlərin tikintisinə icazə verilməyəcəyi ifadə edilib. Moskva meri paytaxtda kifayət qədər məscidin olduğunu əsas gətirərək bütün arzu edənlər üçün məscid tikintisini mümkünsüz adlandırıb.
Moskvadakı meyvə-tərəvəz bazalarının çoxu azərbaycanlı iş adamlarına məxsusdur və orada çaılşanlar arasında da azərbaycanlılar üstünlük təşkil edir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 137