Muəllif:

Morninqstar: «Bu ailələlərə öz evlərinə qayıtmaq imkanı vermək vacibdir”

Bu gün ABŞ-ın Azərbaycan Səfiri Riçard Morninqstar Bakıda və şəhər ətrafında məcburi köçkünlərin məskunlaşdığı bir neçə icmaya səfər etmiş və icmalardakı həyat şəraiti və sakinlərlə yaxından tanış olmuşdur. Səfirlikdən daxil olan xəbərə istinadən, Morninqstar ilk öncə Binəqədi rayonunda məcburi köçkünlərin məskunlaşdığı yataqxanaya, sonra isə məçburi köçkünlər üçün inşa edilmiş məktəbə baş çəkmişdir.
Səfir Müşfiqabad qəsəbəsində də yerli sakinlərlə görüşüb, tezliklə məcburi köçknülərin ixtiyarına veriləcək məktəbə baş çəkib və ərazidə həyata keçirilən infrastruktur layihələri ilə yaxından tanış olub. Onun səfərlərini Qaçqınların və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sədr müavini Gəray Fərhadov təşkil edib və Səfiri və onun rəhbərlik etdiyi heyəti səfər ərzində müşayiət edib.

Morninqstar 90-cı illərdə bir neçə çadır düşərgəsinə baş çəkdiyini və bunun bütün Azərbaycanlılar üçün necə çətin bir məsələ olduğunu anladığını bildirib. “Mən bilirəm ki, Azərbaycan hökuməti məcburi köçkünlərə və qaçqınlara kömək etmək üçün çoxlu işlər görmüşdür. Mən şadam ki, Birləşmiş Ştatlar və müxtəlif beynəlxalq təşkilatlar da köçkünlərə və qaçqınlara öz köməklərini göstərmişlər. Dağlıq Qarabağ münaqişəsini mümkün qədər tez həll etmək və müxtəlif icmalarda müvəqqəti məskunlaşan bu ailələlərə öz evlərinə qayıtmaq imkanı vermək vacibdir” deyə Səfir Morninqstar bildirmişdir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 109