Muəllif:

Monteneqronun Bakıda fəxri konsulluğu rəsmən açıldı

Bakıda Monteneqronun Azərbaycan fəxri konsulluğu rəsmən açıldı. Törəndə Monteneqronun Türkiyə və eyni zamanda Azərbaycan səfiri Ramo Braliç, Monteneqronun fəxri konsulu Vüqar Əliyev, XİN xüsusi işlər üzrə səfiri Məmməd Əliyev, MM deputatları və digər rəsmi şəxslər iştirak ediblər.

Tərəflər hesab edirlər ki, fəxri konsulluğun açılışı əlamətdar hadisədir və bununla da iki ölkə arasında mədəni-iqtisadi əlaqələr daha da möhkəmlənəcək.

Səfir Ramo Braliç bildirib ki, Monteneqro ilə Azərbaycan arasında istər iqtisadi, istər siyasi və mədəni sahələrdə dostluq əlaqələri mövcuddur: “Azərbaycan Monteneqronun müstəqilliyini tanıyan ilk ölkələrdən biri idi, ölkələrimiz arasında strateji əməkdaşlıq üzrə bəyannamə imzalanıb. Azərbaycan Podqoritsada parklardan birinin yenidənqurması və abadlaşdırılmasında yaxından iştirak edib, orada dahi şair Hüseyn Cavidin abidəsi ucaldılıb, bu da Azərbaycanın Monteneqroya böyük hörmətin göstəricisidir. Ötən il Azərbaycan olan 1500 turist Monteneqroya uçaraq və öz gözləri ilə mövcud olan sıx əlaqələrin şahidi olublar”.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 411