Monserrat Kabalye erməni puluna satıldı
İspaniya opera ifaçısı Monserrat Kabalye erməni puluna satıldı və ya ermənilərin hiyləgərliyinə uyub. Ya da sadəcə ermənilərin qurduqları tora düşüb. Bəlli olub ki, bu qadın Ermənistan Gənclər Filarmoniya Orkestri ilə birgə Azərbaycanın işğal olunmuş Xankəndi şəhərində konsert verəcək… Monserrat Kabalye bu alçaq hərəkəti ilə nə qədər cılız tərbiyə sahibi və mənəvi dəyərlərdən uzaq bir sənətçi olduğunu sərgiləmiş olur, belə ki, etnik təmizləməyə məruz qoyulmuş yüz minlərlə azərbaycanlının mənəvi əzabları onun üçün heç nədir. Təki pul verən olsun və bu yaşlı arvad səsinin gur yerinə salıb harda olsa oxumağa hazır imiş.
İrəvan mətbuatında gedən xəbərlərə görə, M.Kabalye iyunun 4-də Xankəndidə, 9-da isə İrəvanda çıxış edəcək. Artıq konsertin biletlərinin satışa çıxarıldığı deyilir.