Muəllif:

Mollalar bəstəkara 6 ay cəza kəsdilər

İran mollaları antibəşəri və gülünc ittihamlarla tanınmış azərbaycanlı bəstəkar Həsən Dəmirşini 6 ay azadlıqdan məhrum etməklə, mədəni dünyanı bir daha heyrətə saldılar. Təbriz İnqilab Məhkəməsinin üçüncü şöbəsi Həsən Dəmirçini 6 ay azadlıqdan məhrum etdiyi xəbəri yaylılıb. Azərbaycanlı bəstəkar Azərbaycan türklərinin problemləri ilə bağlı iclaslarda iştirak etmək, İran dövlətinin icazəsi olmadan Qaradağ zəlzələsindən zərər çəkmiş insanlara köməklik göstərmək və ianə toplamaq, musiqi kursları təşkil etmək, Azərbaycan musiqisini tədris etmək, ölkə daxilində və xaricindəki istiqlalçı (“separatçı”) qüvvələrlə əlaqədə olmaq və həbsxanadan çıxan azərbaycanlı siyasi məhbusların qarşılanma mərasiminə getməkdə təqsirləndirilib…
Məhkəmə prosesi iyulun 14-də keçirilib. Hakim Həmid Purbağır İran İslam Cəza Qanununun 500-cü maddəsini əsas götürərək 60-dan çox yaşı olan bu namuslu azərbaycanlıya belə bir cəza verib. Ancaq bu ittihamlara görə həmin maddənin tətbiqinin mümkün olmadığı bildirilir.

Həsən Dəmirçi indiyədək dəfələrlə təqib və təzyiqlərə məruz qalıb. Azərbaycanlı bəstəkar 2006-cı il may hadisələri zamanı Təbriz şəhərində həbs edilib və 1 il həbs cəzasına məhkum olunub…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 171