Muəllif:

“Molla” onun yolunu kəsərək pul tələb edib…

Qəsdən adam öldürməkdə təqsirli bilinən Yasamal rayon sakini, 40 yaşlı Fətulla Əlmədətovun cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. İttihama görə, bu ilin aprelin 14-də Yasamal rayonunun Əhməd Cavad küçəsində 1980-ci il doğumlu Ramin Cavadov Fətulla Əlmədətov tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində qatilin mərhumun qonşusu Fətulla Əlimədətov olduğu müəyyənləşib və saxlanılıb.
Qətlə yetirilən Ramin Cavadov yaşıdları tərəfindən “Molla” təxəllüsü ilə tanınırdı. Onun kriminal aləmlə də əlaqələrinin olduğu bildirilib. Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. Fətulla Əlimədətovun sözlərinə görə, o, hadisədən bir neçə gün əvvəl Afrikadan gəlib.
Onun Afrikadan gəldiyini bilən Ramin Cavadov qarşısını kəsərək ondan pul istəyib. Onun sözlərinə görə, bu zaman onların arasında mübahisə baş verib. Mübahisə sonda qanlı cinayətlə nəticələnib. Hazırda bu cinayət işi üzrə məhkəmə davam edir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 197