Moldova rəssamlarının ölkəmizə yaradıcılıq səfəri başlayıb
Moldova rəssamlarının ölkəmizə yaradıcılıq səfəri başlayıb. Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycanın Moldova səfirliyinin təşkilatçılığı ilə sentyabrın 23-də 4 nəfər Moldova rəssamının — Tatyana Frunze, Aleksandr Alavatski, Yakov Tixman, İlie Aleksandr Leunun Azərbaycana yaradıcılıq səfəri zamanı Moldova rəssamları azərbaycanlı rəssamlarla birlikdə Bakı və onun ətrafını gəzərək rəsmlər çəkəcəklər. Tədbirin sonunda «Qalereya 1969» Qalereyasında birgə yekun sərgi keçiriləcək.
Qeyd edək ki, tədbir iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Protokoluna əsasən təşkil olunur. 21-27 iyun tarixlərində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə 4 nəfər Azərbaycan rəssamının Moldovaya səfəri təşkil olunub. Səfərin sonunda 4 Azərbaycan və 4 Moldova rəssamının iştirakı ilə Kişinyovda sərgi təşkil edilib.