Moldova ombudsmanı İrəvanı Gürcüstan və Rumıniya səfirliklərinin köməyi ilə tərk edə bilib
İrəvanfa Moldova ombudsmanına qarşı terror təhdidi varmış. Lakin onun İrəvanı Gürcüstan və Rumıniya səfirliklərinin köməyi ilə tərk edə bildiyi xəbəri alındı.
Ermənistan Konstitusiya Məhkəməsinin İrəvanda keçirdiyi beynəlxalq konfransda çıxış edərkən Ermənistanı Azərbaycan torpaqlarını işğal etməkdə və Xocalıda azərbaycanlılara qarşı soyqırım törətməkdə təqsirləndirib. Xanım ombudsmanın çıxışından sonra sosial şəbəkələrdə onun ünvanına çoxsaylı təhdidlər yer alıb. Ötən gecə Moldovaya qayıtmaq istərkən ermənilər ombudsmanı nümayəndə heyətindən ayırıb, heyəti aeroporta aparan avtomobilə mindirməyiblər…
Bəlli olub ki,Ermənistan paytaxtında otellərin birində gizlənən ombudsmanın təhlükəsizliyinin təmin olunması üçün Moldova tərəfi diplomatik qaydada Rumıniya və Gürcüstanın Ermənistan səfirliklərinə müraciət edib. Bu ölkələrin səfirliklərinin təmsilçilərinin köməkliyi ilə Aurelio Qriqoriu İrəvan hava limanına aparılıb və o, artıq Ermənistanı tərk edib: «Bu işdə ona yardım edən Gürcüstan və Rumıniya səfirliklərinin nümayəndələrinin diplomatik toxunulmazlıq statusu var, ombudsmanın təhlükəsizliyi tam təmin olunub. Lakin onun hansı istiqamətdə aparıldığı açıqlanmır. Məndə olan məlumata görə, Qriqoriu artıq Ermənistanı sağ-salamat tərk edib».