Muəllif:

Mobil telefon ürək-damar xəstəliklərinin monitorinqində çevriliş edəcək

Mobil telefon ürək-damar xəstəliklərinin monitorinqində çevriliş edəcək.MEA Kibernetika İnstitutu bunun üzərində çalışır.Azərbaycanda ilk dəfə olaraq, mobil telefon vasitəsilə insanın ürək-damar sistemi xəstəliklərinin gizli dövrünün və onun dinamikasının monitorinqini aparmaq mümkün ola bilər.
“Hazırda mobil telefonlar bir çox funksiyalara mailkdir. Gələcəkdə telefonun funksiyalarından biri də ürək-damar xəstəliklərinin gizli dövrünün, yaxud da onun dinamikasının monitorinqini həyata keçirmək olacaq. Belə ki, ürək-damar xəstəliklərinin yaranmasının gizli dövründə küylər yaranır. Həmin küyləri analiz etdikdə xəstəliyin başlanmasının gizli dövrünü aşkarlamaq mümkündür”, — deyə MEA Kibernetika İnstitutunun direktoru, akademik Telman Əliyev açıqlayıb.

Düzdür, həkimlər müxtəlif üsullardan istifadə etməklə çox asanlıqla ürək-damar xəstəliklərinin diaqnozunu təyin edirlər. Amma ürək-damar sistemi xəstəlikləri 2-3 il əvvəldən yarandığına görə xəstəliyin gizli dövrünün aşkarlanması problemdir. Biz də prinsipini göstərmişik ki, mobil telefon vasitəsilə bunun həyata keçirilməsi mümkündür. T.Əliyev deyir ki, artıq bunun texnologiyası var və mobil telefonda da bu prosesi həyata keçirmək olar:”Amma bu sensorlarda siqnalların – vericilərin mobil telefona verilməsi problemini həll edə bilməmişik. Hazırda bu variantın üzərində işləyirik.”
Qeyd edək ki, xəstəliyin gizli dövrünü və ya dinamikasını izləmək üçün telefona xüsusi proqram yazılacaq. Bu proqram artıq institutda hazırdır və proqramın siqnalı gələn kimi o işləməyə başlayacaq:”Görünəcək ki, sənin ürək-damar sistemin normadadır, ya yox, yaxud ürək-damar sistemi xəstəliklərində dinamika müşahidə edilir, ya yox. Təbii ki, mobil telefon özü-özlüyündə insanın ürək-damar sistemi xəstəliyini öyrənə bilməz, gərək ona bir sistem daxil edilsin. O informasiya da hazırkı zamanda elektrokardioqramlar və riovare siqnallardır. Həmin siqnalları mobil telefona daxil etməyi bacarsaq, onda mobil telefonda ürək-damar xəstəliyinin həm gizli dövrü, həm də dinamikasının monitorinqini aparmaq mümkün olacaq. Bunun üçün bizim tərəfimizdən — institutumuzda noise-monitorinq texnologiyası yaradılıb. Həmin texnologiyalar bu məqsədi həyata keçirməyə imkan verir. Bunun eksperimental formasını bir necə variantda görmüşük və bu işlə məşğul olmuşuq”.
Akdemik deyir ki, hələ 90-cı ildə onun aspirantı Moskvada dünyada çox məşhur olan Tibbi Cihazqayırma İnstitutunda bunun bir variantını müdafiə edib. “Yəni biz bu məsələ ilə yeni deyil, çoxdan məşğul oluruq. Azərbaycanda bir necə eksperimenti işləmişik və bunlara da patentini almışıq. Amma qeyd etdiyim kimi, onlardan ən əsası qeyd etdiyim siqnalların sistemimizə daxil edilməsidir.Bu istiqamətdə xeyli müddətdir ki, işləyirik və ayrıca bir qrup yaratmışıq. Artıq onların kiçik bir qurğu vasitəsilə insandan, yəni pasientdən siqnalların mobil telefona daxil edilməsi ilə bağlı əldə etdikləri müəyyən müsbət nəticələr var. Xəstənin qolundakı vericidən mobil telefonuna informasiya verilməsi ilə bağlı kiçik qurğunun istehsalına gəlincə, hazırda vericilər, geniş yayılmış sensorlar standart buraxılır, elektrokardioqrama tədqiqatlarında o vericilərdən istifadə olunur. Biz də onlardan istifadə edirik və edəcəyik. Sadəcə olaraq, vericidən alınan həmin o siqnalı biz gərək mobil telefona daxil etmək üçün müəyyən balaca qurğu düzəldək. Hazırda bizim qrupumuz həmin o qurğunun üzərində işləyir. Onlar bizə bir necə eksperimental variantı göstəriblər”, deyə Əliyev dedi.
Onu da qeyd edək ki, bu layihənin patenti Kibernetika institutunda var və texnologiyası kitabda çap edilib. Öyrəndik ki, İngiltərə, İspaniya, Polşa, Türkiyədən təkliflər gəlib ki, institutla bu layihəni işləmək istəyirlər. Bunun da qaydası belədir ki, ildə bir, ya iki dəfə Avropa qrant ayrılması üçün müəyyən layihələr üzrə istiqamətləri elan edir. Amma gərək o layihələrə konsorsium düzəldəsən. Konsorsiumu da ölkələrdən birinin rəhbəri öz üzərinə götürməlidir. Əgər konsorsium qalib gələrsə, Avropa o layihəyə maliyyə ayırır.
Əlbəttə, konsorsium yaradıb layihə təqdim etdikdən sonra maliyyə ayrıla da, ayrılmaya da bilər. Ayrılsa, layihəni daha yaxşı həyata keçirmək imkanı qazanılacaq və institutun tərəfdaşları da güclü olduğuna görə bu işi tezliklə bütün dünyaya çıxarmaq mümkün olacaq. Amma maliyyə ayırmasalar da, institut tədqiqatları dayandırmaq fikri yoxdur.
T.Əliyevin dediyinə görə, ola bilsin ki, institut mobil telefon istehsal edən şirkətlərə öz eksperimentlərinu təqdim etsin.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 229