Muəllif:

MN: Ermənistanın Dağlıq Qarabağda yerləşdirdiyi ordunu silib süpürəcəyik

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən bütün hadisələrin səbəbi Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməməsidir. Azərbaycan MN mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu deyib:

«Ermənistan bütün təmas xətti boyu atəşkəsi pozur. Azərbaycan Silahlı Qüvvələri də buna layiqli cavab verir. Çox təəssüf ki, təmas xəttində atəşkəsin pozulması nəticəsində hər iki tərəfdən itkilər, yaralananlar da olur. Bu da qaçılmazdır. Hesab edirəm ki, bütün bu hadisələrin baş verməsi Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməməsidir» (Trend).

O vurğulayıb ki, Ermənistan 20 ildir işğal altında saxladıqları torpaqlardan tezliklə getməlidir. «Bir gün gələcək ki, Ermənistanın Dağlıq Qarabağda yerləşdirdiyi ordunu silib süpürəcəyik», — Sabiroğlu deyib.
O vurğulayıb ki, Ermənistan çox da fəxr etməsin ki, özü təklikdə Azərbaycan torpaqlarını işğal edib. Bu, əsla belə deyil. İşğalçı ölkənin havadarları onlara maksimum kömək göstəriblər:
«Azərbaycanın Silahlı Qüvvələri dövlətini, millətini qorumaq üçün kifayət qədər gücə malikdir».

Sabiroğlu qeyd edib ki, Ermənistan Azərbaycan əraziləri üzərindən icazəsiz uçuşlar həyata keçirərsə, lazımi tədbirlər görüləcək. Bunu Ermənistanın Xocalı aeroportundan qanunsuz istifadə etmək cəhdlərinə münasibət bildirərkən deyib.
«Ermənistan bu zorakı mövqeyindən əl çəkməlidir. Çikaqo Konvensiyasına uyğun olaraq, bir ölkə digər ölkənin hüdudlarını icazəsiz keçə bilməz, icazəsiz keçdiyi halda da tədbir görüləcək».
O vurğulayıb ki, Ermənistan öz hərəkətlərinə düzəliş etməsə və belə bir işə yol versə, əlbəttə ki, Azərbaycan öz mövqeyində qalır və bu qeyri-qanuni uçuşlarla Ermənistan regionda vəziyyəti olduqca kəskinləşdirə bilər.
«Ona görə də daha yaxşı olar ki, onlar bu niyyətlərindən əl çəksinlər», — o deyib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 117