Muəllif:

Misir prezidenti orduya rədd cavabı verdi: Suriya variantı?

Misirdə daxili siyasi vəziyyət iyunun 30-da bütün ölkədə Məhəmməd Mursi rejiminə qarşı «Təmərrüd» (Quyam) devizi altında keçirilən kütləvi etiraz aksiyalarından sonra kəskin olaraq qalır.Artıq polis müxalifətin tərəfinə keşmişdir. Misir Silahlı Qüvvələrinin komandanlığı bazar ertəsi ölkənin siyasi qüvvələrinə xalqın tələblərinin yerinə yetirilməsi üçün 48 saat vaxt verib.
Lakin prezidenti Məhəmməd Mursi ordunun tələbini rədd edib və təzyiqlərə müqavimət göstəriləcəyini bildirib.

Artıq Misirin xarici işlər naziri Məhəmməd Kamil əl-Əmr istefa verib və deyib ki, öz qərarını dəyişməyəcək. Məlumatlara görə, XİN rəhbəri öz ərizəsini bazar ertəsi təqdim edib. Nazir 30 iyun nümayişlərinin ardınca vəziyyətin kəskinləşməsindən sonra öz postunu tərk edib. İyulun 1-də Misir hökumətinin dörd naziri ölkə müxalifətinə həmrəylik və dəstək əlaməti olaraq istefa verib. İstefa verənlər turizm naziri Hişam Zauzuu, ətraf mühit naziri Xalid Fəhmi, parlament şurası naziri Hakim Bocato və rabitə naziri Atif Hilmidir.
Kütləvi nümayişlərdə ölkə başçısı Məhəmməd Mursinin istefası tələbi qoyulub. O isə istefa niyyətində deyildir.

Misir Silahlı Qüvvələrinin komandanlığı ölkə vətəndaşlarını ordunu nüfuzdan salmaq məqsədilə yaxın günlərdə mümkün təxribatlar barədə xəbərdar edib və ayıq-sayıq olmağa çağırıb. Misir SQ-nin bəyanatında qeyd olunur ki, «bütün hərbçilər ciddi şəkildə müəyyən ərazilərdə yerləşdiriblər, onlar yalnız hərbi komandanlığın əmri ilə yerlərini tərk edirlər. Xalqın toplaşdığı yerlərdə hərbi formada olanlar şübhə yaratmalıdır. Vətəndaşları onlarla qarşılıqlı münasibətdə olmazdan əvvəl həbri formada olanların kimliyini aydınlaşdırmağa çalışırıq».
Hərbçilər vətəndaşlara hərbi formadan qeyri-qanuni istifadəyə və hərbi obyektlərə icazə verilmədən yaxınlaşmağa görə məsuliyyət barədə xəbərdalıq edib.

ABŞ Prezidenti Barak Obama Misir Prezidenti Məhəmməd Mursinin demokratik bir şəkildə seçildiyini və buna görə də müxalifətə hörmətlə yanaşmalı olduğunu bildirib.

Etiraz nümayişlərində ölənlər və yaralananlar var. Prezident Məhəmməd Mursi dünəndən etibarən əleyhdarları və tərəfdarları arasında yaşanan qarşıdurmalar nəticəsində ölənlərin sayının 25-ə, yaralıların sayının isə 781-ə çatdığını bildirib.Hadisələr zorakılıq aktları ilə müşayiət olunur. Məsələn, bu gün «Vasat» partiyasının Qahirədəki baş ofisinə «Molotov kokteyli» ilə hücum edilib. Müqəddəm bölgəsində yerləşən ofis binasından tüstünün yüksəldiyi, partiya binasına hücumun davam etdiyi barədə xəbərlər yayılıb.
İqtidardakı Hürriyyət və Ədalət Partiyasının (HAP) Buheyrə rayonundakı ofisinə də «Baltaçı» adlandırılan qrup «Molotov kokteyli» və daşlarla hücuma keçib.
Bundan başqa, polis «Müsəlman Qardaşlar» təşkilatının sədr müavini Xeyrət Şatırın Qahirədəki evinə basqın edib, Şatırın 15 mühafizəçisi saxlanılıb.
Şatırın oğlu Saad Şatır daha əvvəl polisin evlərinə atəş açdığını və sürücü ilə bir işçinin saxlanıldığını bildirmişdi.
Bu arada «Müsəlman Qardaşlar»a aid olduğu iddia edilən üç bina da hücuma məruz qalıb.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 142