Muəllif:

Misir polisi İranın “Əl-Aləm” telekanalı ofisini alt-üst etdi

Misir təhlükəsizlik polisi İranın “Əl-Aləm” telekanalının bu ölkədə fəaliyyət göstərən Qahirə ofisini alt-üst edib və direktorunu həbs edib. Polis əməkdaşları heç bir səbəb bildirmədən telekanalın avadanlıqlarını müsadirə edib. Röyters agentliyi bildirir ki, təhlükəsizlik xidməti bu addımı telekanalın lisenziya ilə bağlı problemi olması ilə izah edib. Bu addımın daha ciddi səbəblərinin olduğu da istisna deyildir.

Qahirə-Tehran münasibətləri onsuz da pis idi, bu hadisə münasibətlərin istiləşməyəcəyini xəbər verir. “Əl-Aləm” dünyada yayımlanan, İranın IRIB mediaşirkətinə məxsus telekanaldır. Telekanalın izləyici auditoriyası 300 milyon insanı əhatə edir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 124