Muəllif:

Misir ordusu Sinayda “Səhrada tufan” antiterror əməliyyatına başladı

Misir silahlı qüvvələri iri şəhərlərdə ekstremist islamçıların əməllərinə qarşı tədbirlər görməklə yanaşı, Sinay yarımadasında terroru özünə iş-peşə etmiş, məqsədi-məramı anlaşılmayan, bu ərəb ölkəsini də xaosa sürükləyən qruplaşmlara qarşı da “Səhrada tufan” əməliyyatına başlayıb.

Sinayın mərkəzində və şimalındakı dağ rayonlarında yerləşən terrorçu bazalarının ləğvinə hesablanmış əməliyyatın ilkin mərhələsi 48 saat davam edəcək.

Silahlı qüvvələrin 3-cü səhra ordusunun hücumçu birləşməsinə hərbi-hava və hərbi-dəniz qüvvələri dəstək verir. Süveyş kanalının üzərindəki “Əs-Salam” körpüsü, Əhməd Hamdi adına tunel və bərələr də daxil olmaqla, yarımadanı ölkənin digər hissələri ilə birləşdirən əsas magistral yolları xüsusi nəzarətə götürülüb.

Hərbi kəşfiyyatın məlumatına görə, hədəfə alınmış terrorçuların sayı 500-dək şəxs təşkil edir. Onların hamısının 4 kv.km. ərazidə olduğu ehtimal edilir. Terrorçular yerli sakinləri canlı sədd kimi istifadə edir, bu da onları təqib etməkdə çətinlik yaradır. Bundan başqa, terrorçularda ağır silahların da olduğu bildirilir.

Bu terrorçu qruplaşmalar bundan öncə Turizm mərkəzlərinə də basqın etmişdilər…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 262