Muəllif:

Misir höküməti: Qərb “Müsəlman qardaşlar”ın zorakı əməllərinə niyə diqqət yetirmir?

Maraqlı sualdır. Niyə? Bəlkə Misirdə durumun gərgin qalması, «suriya variantı»nın yaranması ona sərf edir, ona görə? Misir hakimiyyəti Qərbdə “Müsəlman qardaşları”nın zorakı əməllərinə diqqət verilmədiyindən narahatlığını dilə gətirmişdır. Bu narahatlığı “Profil” jurnalına müsahibəsində Misir xarici işlər naziri Nabil Fəhmi ifadə etmişdir. XİN başçısı digər dövlətlərin müdaxiləsi olmadan Misirdəki vəziyyətin sabitləşəcəyinə dair Qərbin etiraf və anlayışını gözlədiyini də bildirib. Fəhmi həmçinin Misirdə zorakılıq törədənlərə qarşı beynəlxalq birliyin sərt mövqeyini gözlədiyini əlavə edib.
Qeyd edək ki, bu günlərdə Misirdə durum tədricən yumşalmağa doğru getməkdədir. «Müsəlman qardaşlar»ın radikal ovqatlı başçılarının bir çoxu həbs edilmişdir. Hüsni Mübarək isə həbsxanadan ev dustaqlığına buraılmışdır.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 174