Muəllif:

Misir daha yaxşı sabaha doğru

30 iyun və 26 iyul tarixlərində Misir xalqı yeganə qərar sahibi olduğunu, öz gələcəyini təyin etmək və istəklərinə nail olmaq üçün qüdrətə və qabiliyyətə malik olduğunu. təsdiq etdi.Dünyaya ən böyük bəşər sivilizasiyası bəxş edən bir xalq fərqli tarixi anlarda həmin böyük sivilizasiyadan daha yaxşı gələcəyə doğru öz yolunu işıqlandırmaq üçün bir mayak yaratmağa qadirdir.
Misir ordusu ancaq Misir xalqının ordusudur,orada heç bir dini,irqi,siysi meyillər üstünlük təşkil etmir və onu heç bir dini, irqi,siysi meyillər də idarə etmir,çünki o vətən ordusudur və bütün səmavi dinlərin,istər yəhudi,istər xristian,istərsə də islam dininin sevgi və həmd-səna ilə zikr etdikləri mübarək Misir torpağı üçün tarix boyu sipər,qalxan olmağa alışmışdir.buna görə də ordunun izdihamlı xalq kütlələrinin iradəsi ilə razılaşması və haqlı olaraq daha yaxşı gələcək ugrunda dəyişıkliklər tələb edən xalqla birləşməsi təbii haldır.Misir xalqı və ordusu arasında öz xüsusiliyi ilə başqalarından fərqlənən,tarixi kökləri olan sağlam bir əlaqə vardır.
Müsəlman qardaşlarının yürütdüyü(qurduğu)təcrid etmə və səlahiyyəyləri ələ alma siyasəti özlərinə xas olan idealogiyaya əsaslanır ki,bu da tolerantlıq və mötədilliklə xarakterizə olunan Misir xaqının xarakter və təbiətilə ziddiyyət təşkil edir. Müsəlman qardaşları öz mənafelərini və məqsədlərini vətənin mənafeindən üstün tutdular.Bu ekstremal,ifrat idealogiya Misir dövlətinin bütün orqanlarını,xüsusilə də ədliyyə,polis,mətbuat və təhsil sahələrini tutmaq və orada sabitləşməyə xidmət edirdi. Bu da iqtisadiyyatın pisləşməsinə və dövlətin maliyyə ehtiyatlarının qurumasina gətirib çıxardı.İşsizlik və kasıbçılığın kəskin şəkildə artmasına,və adi vətəndaşın çörək və yanacaq kimi gündəlik təlabatlarını əldə etmələri üçün çətinliklərin artmasina səbəb oldu.
Müsəlman qardaşlarının Misir kimi böyük ölkəni idarə etməkdə başarıqsizliqları Misir xalqının narazılığına gətirib çıxardı və Misir xalqı dərk etdi ki,25 yanvar inqilabının hədəflərinə nail olunmayıb,əksinə həmin inqilab fikri və əqidə saxtakarlığına məruz qalıb.Buradan da 25 yanvar inqilabının yolunu düzəltmək üçün mühüm addım olaraq 30 iyun inqilabı yarandı və bir daha təsdiq olundu ki,Misir xalqı yaxşı,parlaq gələcək üçün heç vaxt öz məqəsəd,hədəf və istəklərindən əl çəkən deyil.
Misirdə demokratikləşməni təsvir edən,xalqın böyük əksəriyyətinin razılığı ilə hazırlanmış hazırkı yol xəritəsinin elementləri həyata keçirilir.Misir dövləti qanun çərçıvəsində milli barış üçün səy göstərdi,lakin müsəlman qardaşları Misir xalqını anlamaqda,yaxud onun yaşadığı vəziyyəti və arzuladığı gələcəyi dərk etməkdə aciz olan bəzi dövlətlərə öz təxribatlarını və böntanlarını çatdırmaqda davam etdilər.
Misir hökuməti müsəlman qardaşlarının Misirdə həyata böyük zərər vuran bu aksiyalarını dinc,sülh yolu ilə boşaltmaq üçün bütün cəhdlərdini sərf etdi.UNESCO və Beynəlxalq Əfv Təşkilatı kimi bəzi beynəlxalq təşkilatlrın hesabatlarında sözügedən aksiyalarda hüquq pozuntuları,həddini aşmaq,vətəndaşların haqlarının tapdalanması,özlərinin himayəsi üçün uşaqlardan və qadınlardan istifadə etmələri qeyd olunmuşdur.Müsəlman qardaşlarının təşkil etdiyi aksiyalarda açıq-aydın vətəndaşların və vətənin təhlükəsizliyi təhdid edilirdi.Bu quruplaşma özünün siyasi islami cərəyanindan olan tərəfdaşlarl ilə sinay yarımadasındakı təcrid olunmuş qruplaşmarı dəstəkləyərək oranı təcrid və terror mərkəzinə çevirməyə çalışırdılar.Müsəlman qardaşlarının bəzi liderləri sinayda terror əməliyyatlarının sabiq prezidentin qayıtması üçün olduğunu etiraf etmişdirlər.Buna isə Misir xalqı tamamilə etiraz edir, müsəlman qardaşlarını və onların fəaliyyətlərini rədd etməkdə israr edirdilər.
Misir dövləti uyğun,ağıllı,tədbirli siyasi fəaliyyətilə xalqın artan tələblərinə cavab olaraq, müsəlman qardaşların bu mənzərəni xaricə nümayiş etdirmək,özlərini qurban kimi göstərmək üçün ardıcıl təxribatlar törətməklə,təhlükəsizlik(asayiş)qüvvələrilə aksiyaçılar arasında qarşıdurma yaratmaq cəhdlərinə baxmayaraq ,başdan çıxardıqları vətəndaşların qanını axıtmadan bu aksiyanı dağıtmaq üçün səy göstərdi.Sonunda aksiya Misir təhlükəsizlik qüvvələri tərəfindən ən az itki ilə,aksiyanın daxilində həmin quruplaşmanın tərəfdaşlarında (üzvlərində)olan külli miqdarda silahın olmasını nəzərə alaraq ustalıqla və peşəkarcasına dağıdıldı.
Aksiya dagıdıldıqdan sonra müsəlman qardaşlarının çırkin üzləri aşkara çıxdı.Onların üzvləri Misirin başqa yerlərində təxribatlara başladılar.Bir neçə xüsusi və ümumi obyektləri yandırdılar,günahsiz vətəndaşları,polis nəfərlərini qətlə yetirdilər,təxribat yaratmağa başladılar.Lakin Misir Təhlükəsizlik Qüvvələri böyük xalq dəstəyi ilə onların səylərinə son qoymağa müvəffəqiyyətlə nail oldular. Təhlükəsizlik Qüvvələri Misirin hər yerini nəzarətə aldı və müsəlman qardaşlarının liderlərindən bir neçəsi həbs olundu.
Müsəlman qardaşları və onların tərəfdaşları Misirdə kilsələri yandırmaqla,xristian vətəndaşların mülklərinə təcavüz etməklə ölkədə müsəlman xristian qarşıdurması yaratmağa çalışdılar.Lakin Misir xalqının övladları,istər müsəlman,istər xristian bu qruplaşmanın çırkin planını dərk etdilər və onların hədəflərinə qarşı birləşıb həmrəylik göstərdilər.Misir ictimaiyyəti,Müqəddəs Misir torpağına mənsubluluq,məzhəbə,irqə və dini etiqada üstün gəlir.
Misirdə bu günlərdə baş verənlər hər zaman adı tarıx və sivilizasiya ilə çəkilən bu böyük xalqın tarixində bir fərqli keçıd mərhələsidir.Lakin misir xalqı tarixilə,mədəni irsi ilə,iradəsi ilə adəti üzrə bu mərhələni keçməyə,istək və arzularına uyğun olaraq,parlaq gələcək naminə,tarix və bəşər yaradıcılarından bəhs edən,yeni bir mərhələ başlamağa qadirdi.

Müəllif : Müşavir / Haitham Galal
Misirin Bakıdakı Səfirliyi

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 195