Muəllif:

Minsk Qrupunun işindən yenə də rəsmən narazılıq ifadə edildi

Xarici işlər naziri Elmar Məmmədyarov Minsk Qrupunun işindən rəsmən narazılıq ifadə etdi. Rəsmi narazılıqlar sırasında yeni bir narazılıq. “Nizamlama prosesində irəliləyiş görmürük və təbiidir ki, biz də həmsədrlərin işindən narazıyıq. Çünki torpaqlarımız bu günə qədər də işğal altında qalmaqdadır”. APA-nın məlumatına görə, Elmar Məmmədyarov həmkarı Əhməd Davudoğlu ilə keçirdiyi brifinqdə belə demişdir.

Nazir bildirib ki, Azərbaycanın həmsədrlərin fəaliyyətindən narazı olmağa obyektiv əsası var: “Biz çox sevinərdik ki, əgər bu müddət ərzində bu ölkələrin vasitəçiliyi ilə irəliləyiş əldə olunsun. Amma bu irəliləyişi görmürük və təbiidir ki, biz də həmsədrlərin işindən narazıyıq”.

İranın Dağlıq Qarabağ münaqişənin həllində vasitəçi rolunun mümkünlüyünə gəldikdə Elmar Məmmədyarov bildirib ki, Azərbaycan münaqişənin həlli istiqamətində istənilən ölkədən gələn təklifi alqışlayır: “Biz istəyirik ki, münaqişənin həlli Ermənistanın işğal
olunmuş ərazilərdən öz qoşunların çıxarması ilə başlasın”.

Öz növbəsində Əhməd Davudoğlu da bəyan edib ki, Qafqazda sülh və sabitliyə nail olmaq üçün Azərbaycan əraziləri işğaldan azad edilməlidir. Brifinqdə Davudoğlu bildirib: «Bu gün Bakıda məhsuldar görüşlər keçirdik. İki ölkənin Xarici İşlər nazirliklərinin diplomatik işçiləri arasında təcrübə mübadiləsi haqqında razılıq əldə edilib. Türkiyə və Azərbaycan iki qardaş ölkədir və dünyada iki ölkənin belə sıx əməkdaşlığının örnəyi yoxdur.
Nazir deyib: «Əməkdaşlığa dair böyük planlar mövcuddur və artıq bizdə ölkələrimiz arasında bu əməkdaşlığın praktik nəticələri var».
Davudoğlu qeyd edib ki, artıq noyabrda Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının növbəti iclası keçiriləcək.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 128