Muəllif:

Minsk Qrupu Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşüb

ATƏT Minsk qrupu həmsədrləri Ceyms Uorlik (ABŞ), İqor Popov (Rusiya), Jak For (Fransa) və ATƏT sədrinin xüsusi nümayəndəsi Anjey Kasprşik Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşüb. ATƏT-dən yayılan məlumatda bildirilir ki, görüşdə Qarabağ nizamlanması ilə bağlı müzakirələr aparılıb. Həmsədrlər öz ölkələrinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dəstək verdiklərini vurğulayıblar. Onlar Minsk qrupu həmsədri olan 3 ölkə prezidentlərinin 18 iyun 2013 il tarixli bəyanatını xatırladıblar. Sözügedən məlum bəyanatda tərəflər bölgədə gərginliyi artıra və münaqişəni alovlandıra biləcək istənilən addımlardan çəkinməyə çağrılır.

Öz növbəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri münaqişənin nizamlanması üçün həmsədrlərlə işi davam etdirməkdə qərarlı olduqlarını bildiriblər.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 136