Muəllif: Redaksiya
Mingəçevirdə bir sahibkarın obyekti ikinci dəfə talan edilib
Mingəçevir şəhərində M.Maqomayev küçəsi, 51 ünvanda yerləşən mağazada bir ay ərzində ikinci dəfə oğurluq qeydə alınıb. Naməlum şəxs mağazanın qapısını sındıraraq içəri daxil olub və oradan bahalı spirtli içkilər, siqaretlər və xeyli pul oğurlayıb. Zərərçəkən sahibkar İlqar Əliyevin sözlərinə görə, əvvəlki oğurluq hadisəsi ilə birgə ona 3 min manata yaxın maddi ziyan dəyib. Hadisə yerinə baxış keçirən polis əməkdaşları oğrunun əl izlərini götürüblər. Hazırda onun axtarışı davam etdirilir. Hadisə ilə bağlı Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
Bu naməlum şəxs 15 gün öncə bu mağazanın pəncərə şüşəsini sındıraraq içəri daxil olub, oradan pul və ərzaq məhsulları oğurlamışdı.
Bölüm: Kriminal
Oxunma sayı: 131