Mingəçevirdə 4 adam dağıntının altında qald
ı
Bu gün saat 15:30-da Mingəçevirdə 4 adam uçmuş binanın altında qalıb. Faciəvi hadisə H.Əliyev prospektində yerləşən «Azərkabel» zavodunda baş verib. Belə ki, xavodun həyətində 1959-cu ildə tikilmiş yardımçı binanın sökülməsi zamanı gözlənilmədən binanın bir hissəsi yatıb.
Söküntü işlərini aparan fəhlələrdən 4 nəfəri dağıntının altında qalıb. Onlar dərhal Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasına çatdırılıblar.
Hazırda xəsarət alanlardan 1-i əməliyyat olunur, 1 nəfər reanimasiya şöbəsindədir. Digər iki nəfər isə palataya yerləşdirilib.
Mingəçevirdə zavodda dağılmış binanın altında qalanların şəxsiyyəti müəyyənləşib.
Trend EL TV-yə istinadən məlumat verir ki, dağıntı altında qalanlar Goranboy rayon sakinləri 1987-ci il təvəllüdlü Məmmədov Əlixan Məmmədalı oğlu, 1992-ci il təvəllüdlü Müseyibov Vüsal Bəxtiyar oğlu, 1983-cü il təvəllüdlü Mürsəlov Elnur Ələddin oğlu, 1963-cü il təvəllüdlü İsmayılov Əlövsət Sayad oğludur.
Hadisə yerində araşdırma aparılır.