Muəllif:

Minaya düşən erməni əsgərin «durumu normaldlr»

Avqustun 7-də cəbhənin Ağdam rayonu istiqamətində Azərbaycan Ordusunun nəzarətində olan əraziyə keçib, geri qaçmaq istəyərkən minaya düşən erməni hərbçinin adı məlum olub.

Hərbçi yoldaşı Akop İnciqulyanın azərbaycanlı çobanlar tərəfindən tutulduğunu görərək, geri qaçan erməni əsgər öz mövqeləri yaxınlığında minaya düşərək yaralanıb.

APA-nın əldə etdiyi məlumata görə, yaralanmış erməni əsgər Armenak Akopyandır.

Qeyd edək ki, APA avqustun 8-də Azərbaycan Ordusunun nəzarətində olan əraziyə keçmiş iki erməni hərbçidən birinin tutulduğu, digərinin isə geri qayıdarkən minaya düşdüyü barədə məlumat yayıb. Lakin Ermənistanın Müdafiə Nazirliyi və Dağlıq Qarabağdakı separatçı hərbi birləşmənin “mətbuat xidməti” yaralı barədə məlumatı təkzib edib.

Artıq ermənilərə məxsus bir sıra KİV və sosial şəbəkələrdə isə yaralı erməni əsgər barədə məlumatlar yayılıb. Onun vəziyyətinin «normal» olduğu bildirilir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 180