Muəllif:

Mina fəsadları prezidentliyə namizədlərə xatırladıldı

Minalar Əleyhinə Azərbaycan Kampaniyası İB mina fəsadlarını prezidentliyə namizədlərə xatırlatmaq məqsədilə onlara müraciət edib. Müraciətdə deyilir ki, ölkə ərazilərində mina və partlamamış hərbi sursatlara (PHS) Qarabağ müharibəsi zamanı aktiv dəyüş əməliyyatlarının aparıldığı bölgələrdə və keçmiş SSRİ silahlı qüvvələrinin hərbi bazalarının yerləşdiyi ərazilərdə rast gəlinir. Hazırda Azərbaycan hökumətinin nəzarəti altında olan ərazilərdəki mina və PHS problemini digər ölkələrlə, xüsusilə Əfqanıstan, İraq, Kamboca və Vyetnamla müqayisə edildikdə ilk baxışda bu problemin Azərbaycanda o qədər də böyük olmadığı nəzərə çarpır. Ancaq Azərbaycan əhalisinin 500 mindən çoxunun mina və PHS olan ərazilərdə yaşamasına diqqət verdikdə problemin ciddi olduğu məlum olur.

Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyi tərəfindən aparılan tədqiqatların nəticələrinə görə Azərbaycanda indiyədək minadan və PHS-dən zərər çəkən insanların sayı 3000 nəfər olub ki, onlardan da 500 nəfərə qədəri dünyasını dəyişib. Bunların arasında hərbçilərlə yanaşı mülki əhali də var. Təəssüf hissi ilə bildiririk ki, apardığımız təhqiqatların nəticələrinə görə Azərbaycandakı mina qurbanlarının sayı Cənubi Qafqazın digər ərazilərindəki mina qurbanlarının ümumi sayından 2 dəfə çoxdur.

Azərbaycan Respublikası “Piyadalar Əleyhinə Minaların istifadəsi, ehtiyatının toplanması, istehsalı və ötürülməsinin qadağan olunması və onların məhv edilməsi haqqında” (Ottava Konvensiyası) və “Kasetli silahlara dair” (Oslo Konvensiyası) BMT Konvensiyalarına qoşulmamışdır. Hal-hazırda dünyanın 161 ölkəsi Ottava Konvensiyasının və 113 ölkə isə Oslo Konvensiyasının üzvüdür. Azərbaycan Respublikası bu Konvensiyalara qoşulmasa da, minaların təmizlənməsi üzrə proqramlara büdcədən ayrılan vəsaitləri hər il artırır. Mina təhlükəsinə qarşı maarifləndirmə proqramları həyata keçirir, mina qurbanlarının problemlərinin həlli istiqamətində işlər görür.

Mina və PHS-lərin yaratdığı problemləri və hər gün 500 min Azərbaycan vətəndaşının bu problemlə rastlaşma ehtimalının olduğunu nəzərə alaraq Sizlərə müraciət edərək xahiş edirik ki, mina problemlərinin kompleks həll olunması üçün milli qanunvericiliyin yaradılması məsələsini və Azərbaycan Respublikasının “Piyadalar Əleyhinə Minaların istifadəsi, ehtiyatının toplanması, istehsalı və ötürülməsinin qadağan olunması və onların məhv edilməsi haqqında” və “Kasetli silahlara dair” BMT Konvensiyalarına qoşulmasını öz platformanıza daxil edərək Prezident seçildikdən sonra həyata keçirəsiniz.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 129