Muəllif:

Milli Şurada «təmizləmə əməliyyatı» aparıldı

Milli Şurada gerçək mənada «təmizləmə əməliyyatı» aparılmışdır. Qurumun bugünkü sessiyasında qurumdan istefa verənlərin istefası səsverməyə qoyulub.
Asəf Quliyev, Lalə Şövkət, İlham Hüseyn, Zəminə Dünyamalıyeva, Solmaz Ələsgərova və İslam Partiyasından iki nəfərin istefası qəbul edilib. Milli Şuranın iki üzvü — Akif Şahbazov və Gülnarə Qurbanova isə qurumun sessiyasında iştirak etmədikləri üçün Milli Şuradan qovulublar. Bu qərar səsvermədən sonra qəbul edilib.

Bundan başqa, Milli Şura üzvü Mustafa Hacıbəyli Rəsul Quliyevin Milli Şuradan çıxarılmasını təklif edərək bildirib ki, Quliyevin mütəmadi olaraq Milli Şuranın əleyhinə fikirlər səsləndirir: “Milli Şuranın bütün fəaliyyətinə Rəsul Quliyev zərbə vurur. Ona görə də təklif edirəm ki, o, töəşkilatdan çıxarılsın”.

Cəmil Həsənli isə bu məsələyə baxılmasının növbəti sessiyaya qalmasını istəyib: “Ya Rəsul Quliyevin öz müraciəti əsasında, ya da başqa formada bu məsələyə baxarıq. Tələsmək lazım deyil”.

Eldar Namazov isə bildirib ki, sessiyanın iclasında davamlı iştirak etməyən şəxslər var, onların Milli Şuradan avtomatik çıxarılması barədə qərar qəbul edilməlidir.

Həsənli Namazovun bu təklifini müsbət dəyərləndirib, deyib ki, nizam-intizam komissiyası bu məsələyə nəzarət etməli, müvafiq tədbir görməlidir.

Ardınca, Liberal Partiyasının sədri Əvəz Temirxan Milli Şuradan istefa verib. Bu barədə qərarını Milli Şuranın bu gün keçirilən sessiyasında elan edib. Temirxan təklif edib ki, ALP lideri LaLə Şövkətin Milli Şuradan istefası ilə bağlı məsələ təşkilatı məsələlər sırasından çıxarılsın.

Cəmil Həsənli isə deyib ki, müxtəlif adamlar Milli Şurada olmadıqları ilə bağlı bəyanatlarla çıxış edirlər: “Biz də burda onların istefasını qoyuruq və qeydiyyatdan çıxarırıq. Biz nəinki Lalə Şövkət, istefa vermiş digər şəxslər haqqında da müzakirə açmaq niyyətində deyilik. Lakin bizim borcumuzdur ki, istefa faktını təsdiq edək”.

Temirxan isə israr edib ki, Milli Şuradan istefalar ad çəkilmədən səsə qoyulsun.
Bu vaxt hüquqşünas Hüseyn Hüseynovla Temirxan arasında qalmaqal baş verib. Hüseynov deyib ki, bəzi partiyalar Mili Şuraya daxil olanda səs-küylə gəlir, gedəndə isə ad çəkmir. Temirxan isə onun bu sözlərinə etiraz edib, nəticədə mübahisə yaranıb.

Temirxan deyib ki, Milli Şuradakı daxili düşmənçilik səbəbindən Lalə Şövkət istefa verib. O da istefa verdiyini elan edərək sessiyanı yarımçıq tərk edib.

Qeyd edək ki, ALP lideri Lalə Şövkət prezident seçkiləri ərəfəsindən Milli Şuradan istefa verib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 155