Muəllif:

Milli Şura Tbilisidə toplanacaq?

Milli Şura 6 partiya rəhbəri və MŞ komissiyaları tərkibində gələn həftə Şuranın sədri, demokratik qüvvələrin vahid namizədi Rüstəm İbrahimbəyovla məsləhətləşmək üçün Tbilisiyə gedəcək. Tbilisidə görüş zamanı Azərbaycandakı vəziyyət və R.İbrahimbəyovun Bakıya qayıdış planı müzakirə ediləcəyi deyilir. Müxalifətin və vətəndaş cəmiyyətinin vahid namizədi MŞ üzvlərinə ABŞ, Avropa və Rusiyadakı yüksək səviyyəli görüşləri barədə məlumat verəcək (Turan).
Azərbaycan hakimiyyəti R.İbrahimbəyova qarşı dövlət əmlakını mənimsəməyə görə cinayət işi qaldırıb və Bakıya qayıtdığı təqdirdə onun həbs təhlükəsi iddia edilir. Amma o, geri addım atmaq niyyətində deyil və oktyabrda keçiriləcək seçkilərdə prezidentliyə namizədlərin rəsmi qeydiyyatı üçün 19 avqusta kimi — üz həftə ərzində vətənə qayıtmaq niyyətindədir.
Vəkil Fuad Ağayev isə mətbuata bildirib ki, İbrahimbəyova qarşı cinayət işi qaldırılmayıb… Onda bu «ehtiyatlılıq» nə üçündür — anlaşılmayan budur.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 120