Muəllif: Redaksiya
Milli Şura bu gün Tbilisidə toplaşır
Bu gün Demokratik Qüvvələrin Milli Şurasının üzvləri qurumun rəhbəri Rüstəm İbrahimbəyovla görüşmək üçün Tbilisiyə gediblər. Tanınmış kinodramaturq iyulun 31-də Bakıya gəlməli idi, lakin son məqamda «hakimiyyətinin fitnə-fəsadından ehtiyat edərək» fikrini dəyişib. “Hazırda əsas iş Rusiya vətəndaşlığından imtina məsələsinin tezliklə həllidir. Müşavirlərim mənə bu məsələ həll olunmadan Bakıya qayıtmamağı tövsiyə ediblər”, — R.İbrahimbəyov jurnalistlərə bildirib. Bu gün Milli Şura cari məsələləri, qarşıdakı addımları müzakirə edəcək.
Bölüm: Siyasət
Oxunma sayı: 118