Muəllif:

Milli Məclis Amnistiya aktını qəbul etdi

Milli Məclis deputat Mehriban Əliyevanın təşəbbüsü ilə təqdim edilən Amnistiya aktını qəbul etdi. Amnistiya aktı Mehriban Əliyevanın təşəbbüsü ilə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar Milli Məclisin gündəliyinə daxil edilmişdi. Əliyeva bu məsələ ilə bağlı
parlamendə çıxış edib və Amnistiya aktı yekdilliklə qəbul edilib.

Sənəddə qeyd olunur ki, Amnistiya aktı təxminən 9 min şəxsə şamil ediləcək. Bunlardan 2 mindən çoxunun azadlıqdan məhrumetmə yerlərindən azad ediləcəyi gözlənilir.

Layihəyə əsasən, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə məhkum edilmiş qadınlar, cinayət törədərkən 18 yaşına çatmayanlar, birinci və ikinci qrup əlillər, 60 yaşına çatan kişilər, öhdəsində yetkinlik yaşına çatmayan yaxud birinci və ya ikinci qrup əlil övladı olanlar, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə iştirak etmiş, Azərbaycan ərazisinin bir hissəsinin işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçürülmüş və bəzi digər kateqoriyalardan olan şəxslər azad ediləcəklər.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 201