Muəllif: Redaksiya
milaz.info hərbi xəbərlər saytına haradan hücum edilib?
Hərbi informasiya saytı olan milaz.info haker hücumlarına məruz qalıb və son bir neçə gündə İnternet istifadəçiləri üçün bloklanıb. Bu barədə Turan-a saytın administrasiyasından məlumat verilib. Hücum mənbələri araşdırılır.
Qeyd edək ki, hücum “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi müdafiə naziri Səfər Əbiyevlə SQ birləşmələrindən birinin komandanı, general Rövşən Əkbərovun arasındakı ziddiyyətlər barədə analitik material dərc etməsindən sonra başlayıb
Həmçinin materialda hərbi prokurora istinadən R..Əkbərovun birləşməsində cinayətkarlığın artdığı bildirilib.
Bölüm: Xəbərlər
Oxunma sayı: 511

