Muəllif:

Microsoft-dan iPad mini-yə rəqib dördüncü rübdə meydana cıxacaq

Microsoft şirkəti bu ilin dördüncü rübündə Surface planşet kompüterinin balacalaşdırılmış və bir az ucuz versiyasını buraxacaq. Qurğu ucuz Android-qacetlərə deyil, Apple iPad mini üçün rəqib mövqeyində olacaqdır. Topology Research analitiki Maksvell Çanq (Maxwell Chang) belə hesab edir.

Ekspertin bilgisinə görə, Surface mini adını daşıyan model Windows 8 əməliyyat sisteminə əsaslanır və 7,5-dən 8 düyməyə qədər ölçüdə sensor displey, eləcə də Intel Atom prosessoru əldə edəcəkdir. InteNews.Ru xəbər verir ki, aparatın dəyəri $300 dollara yaxın olacaq.

Çanq deyir ki, Microsoft iki-üç Tayvan istehsalçısı ilə planşetin kontrakt əsasında yığımı haqqında danışıqlar aparmışdır.

Mini-planşetlə yanaşı, amerikan softver nəhəngi bu yeni aparata Intel Haswell icraetmə çipi qoymaqla, Surface Pro modelini yeniləməyi planlaşdırır.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 112