Muəllif: Redaksiya
Məzuniyyətə gəlmiş hərbçini yeznəsi bıçaqlayıb öldürdü
Hadisə Sumqayıtın “Yaşıl Dərə” bağlar massivində qeydə alınıb. Orada yaşayan, 1990-cı il doğumlu Mehman Arif oğlu Abdullayev yeznəsi, 1981-ci il döğumlu Şahin Natiq oğlu Əliyev tərəfindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.
Mərhum hərbçi olub. O, Qazaxda yerləşən hərbi hissələrdən birinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu olub. Abdullayev evə bir neçə günlük məzuniyyətə gəlibmiş. Hadisəni törədən Şahin Əliyev tutulub. İstintaq gedir.
Bölüm: Kriminal
Oxunma sayı: 114