Muəllif:

Metyu Brayza: «Seçkilər səbəbindən Dağlıq Qarabağ üçün itirilmiş illər…»

«Azərbaycan və Ermənistanda keçiriləcək prezident seçkilərinin taleyinin indidən bəlli olduğunu demək istəməzdim. Bu, demokratik bir proses olacaq və vətəndaşlar istədikləri namizədə səs verəcəklər». APA-nın xəbərinə görə, bu sözləri ABŞ-ın keçmiş Azərbaycan səfiri, Minsk Qrupunun sabiq həmsədri Metyu Brayza 2013-cü ildə Azərbaycan və Ermənistanda prezident seçkiləri ilə bağlı sualı cavablandırarkən deyib.
Diplomatın sözlərinə görə, bir çox ekspertlər hesab edirlər ki, hər iki ölkənin prezidentləri ABŞ-da olduğu kimi yenidən seçiləcəklər:
«Əgər bu baş versə, regiondakı situasiya üçün böyük əhəmiyyət kəsb etməyəcək. Seçkilər səbəbindən bu ilin Dağlıq Qarabağ nizamlanmasında itirilmiş il olacağı haqda fikirlərə gəldikdə, deyə bilərəm ki, bu cür hallar çox olub. Düşünmürəm ki, ABŞ prezidenti Obama Rusiya prezidenti Medvedevin oynadığı rolu oynaya biləcək. Bu, mümkün və real deyil. Amma məncə, ABŞ prezidenti və dövlət katibi Azərbaycan və Ermənistanın dövlət başçıları arasında etimadı möhkəmləndirə bilərlər. Bu olmadan həmsədrlər öz işlərini sonadək apara bilməyəcəklər».
Daha sonra Metyu Brayza Azərbaycanla Rusiya arasında Qəbələ RLS-lə bağlı artıq çoxdan qapanmış olan məsələyə toxunub. Deyib ki, çox ciddi və konkret danışıqlar aparıldı, Azərbaycan RLS-dən istifadənin qiymətini müəyyənləşdirdi, Rusiya isə razılaşmadı. Məncə, hər ölkə öz ərazisində hansı bazaların və hərbçilərin yerləşə biləcəyinə özü qərar versə, daha yaxşı olar. Azərbaycan özü qərar qəbul etdi və bu, yaxşıdır».
Brayza bölgədə bugünkü vəziyyəti şərh edərkən deyir:
«Mən, bəzi qeyri-hökumət qurumlarının hesabatlarında deyildiyi kimi, bölgədə müharibə gözləmirəm. Müharibə yalnız tərəflərdən birinin düşünülmüş qərarından sonra başlaya bilər. Azərbaycan və Ermənistanın bunda maraqlı olduğunu görmürəm. Tərəflər arasında etimadın yaradılması və iki xalqın yanaşı yaşaması daha məqbuldur, nəinki müharibə».
Bununla yanaşı, Metyu Brayza bildirib ki, Azərbaycan öz ərazi bütövlüyünü müdafiə etmək hüququna malikdir. O cümlədən, Ermənistanla Dağlıq Qarabağ arasında uçuşların həyata keçirilməsi bölgədə vəziyyəti gərginləşdirə bilər.
Metyu Brayza Ermənistanla Rusiya arasında hərbi-texniki razılaşma əldə olunmasına münasibət bildirərkən xatırladır ki, Ermənistanda rus hərbçilərin xidmət etdiyi hərbi baza var və bu səbəbdən tərəflər arasında hərbi-texniki saziş imzalanması məntiqlidir. Onun fikrincə, əsas məsələ odur ki, Minsk Qrupunun həmsədri kimi Rusiya imicini necə qoruyacaq:
«Mən bu sazişin məzmununu bilmirəm, lakin hər şey açıq, şəffaf olmalıdır ki, bütün həmsədrlər Rusiya ilə Ermənistan arasında nələr baş verdiyini bilsinlər. Bu olmadan etimad olmaz».
M.Brayza Ermənistanla Dağlıq Qarabağ arasında uçuşların həyata keçirilməsi cəhdlərinə də toxunaraq bildirib ki, bu məsələ bölgədə vəziyyəti gərginləşdirə bilər: «Azərbaycan öz ərazi bütövlüyünü müdafiə etmək hüququna malikdir. Təkcə aeroportun istismarına başlanması yox, ona reaksiyalar da regionda gərginliyin yaranmasına səbəb ola bilər».

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 182