Muəllif:

Metro keçidlərində qəzet-jurnal, kitab, dəftər satışı yasaq edilib

Noyabrın 14-dən Bakının bütün metro keçidlərində qəzet və jurnalların, noyabrın 15-dən isə kitab və digər çap məhsullarının, o cümlədən dəftər, bloknot və s. satışı dayandırılıb. Metro keçidlərində qəzet-jurnal satışı ilə məşğul olan “Metroservis” firmasıdır. Firmadan Turan-a bildirilib ki, “Metroservis” rəhbəri noyabrın 14-dən metro keçidlərində qəzet-jurnal satışının dayandırılması barədə sərəncam imzalayıb. Amma firma satışın dayandırılmasının səbəblərini izah etməyib.
Bununla yanaşı “Metroservis” metro keçidlərində kitab və digər nəşrlər, o cümlədən də dəftər, bloknot satışı ilə məşğul olmadığını bildirib.
Bakı metropoliteninin mətbuat xidməti həqiqətən metro keçidlərində qəzet-jurnal, kitab və digər nəşrlərin, o cümlədən dəftər, bloknot və digər malların satışının yığışdırıldığını təsdiq edib. Bununla yanaşı səbəblər barədə hər hansı izahat verməyib, səbəblərini “Metroservis” firmasından öyrənməyi məsləhət bilib.
Xatırladaq ki, bir ay bundan öncə metro keçidlərində müxalifətyönlü “Azadlıq”, “Yeni Müsavat” və bir sıra tənqidçi qəzetlərin satışı qadağan edilib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 232