Muəllif:

Məşhur aktrisa xərçəngdən əziyyət çəkir

Əməkdar artist Kübra Əliyeva 1 ildən çoxdur xərçəngdən əziyyət çəkir və bu xəstəlik onu tanınmaz hala salıb. Bu barədə danışarkən aktrisa bildirib:

«Yayılan xəbərlər doğrudur. Xəstəliklə bağlı son bir ildə 2 ağır əməliyyat keçirmişəm. Öz həkimlərimizə güvənmişəm. Respublika Milli Onkologiya Mərkəzində əməliyyat olunmuşam.
Mərkəzin direktoru Cəmil Əliyev başda olmaqla, müalicəmdə iştirak edən həkimlər — Mamuka Məmmədov, Şəmsəddin həkim, doktor Elçin, mərhum müğənnimiz Nərminə Məmmədovanın qızı Sevinc Qiyasbəyliyə sonsuz təşəkkürlərimi bildirirəm.

Qeyd edim ki, mən süd vəzisi xərçəngindən əziyyət çəkirdim və əməliyyatdan sonra
saçlarım tamamən tökülüb. Bu kimyaterapiyanın fəsadlarıdır».

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 621