Mes Beynəlxalq Yarmarkası Lotaringiyanın dinamik inkişafının vitrinidir
Mes Beynəlxalq Yarmarkası Lotaringiyanın dinamik inkişafının vitrinidir. Sentyabrın 27-dən oktyabrın 7-dək keçiriləcək 78-ci Mes Beynəlxalq Yarmarkası bu dəfə də Lotaringiya vilayətini şərəfləndirən bir tədbir olacaq. O, tədbir Fransanın əsas ixrac regionlarının biri olan bu vilayətdə müəssisələrin dinamik inkişafını əks etdirəcək.
Avropanın mərkəzində dinamik inkişaf edən region
Avropanın mərkəzində yerləşmiş Lotaringiya vilayəti Lüksemburq və Almaniya ilə sıx ticarət əlaqələrinə malikdir. Sahəsi altmış kilometr olan bu vilayətinin əhalisinin sayı təxminən 3 milyona yaxındır, və rəmzi olaraq 4 əsas aqlomerasiyanı əhatə edir: Mes, Lüksemburq, Nansi və Saarbruken.
Vilayətin sənaye müəssisələrinin dövriyyəsi 78,34 milyard avrodur, ixracın həcmi 247 milyon avro təşkil edir, onun da əsas hissəsi qonşu ölkələrin payına düşür. 2012-ci ildə ixracın həcmi 2,6 faiz artıb, və Lotaringiya ölkənin ən çox ixrac edən vilayətləri arasında 3-cü yerə çıxıb. Regionun birinci ən böyük ticarət partnyoru Almaniyadır.
Mes — Lotaringiya, Saarbrükken və Lüksemburq üçbucağının əhatəsində
Mes beynəlxalq yarmarkası regionun həyatında mühüm hadisədir. O, bir ənənəyə çevrilərək Lüksemburq, Lotaringiya və Saarbrükken regionlarının tarixinin bir hissəsini təşkil edir. 2012-ci ildə 750-dən çox iştirakçı 55 min kvadrat metr sahədə öz məhsullarını nümayiş etdirib, sərgiyə 220 min adam baş çəkib. Cəsarətlə demək olar ki, hazırda yarmarka Almaniyada təşkil olunan sərgilərlər asanlıqla rəqabət aparır. Bu müvəffəqiyyət Lotaringiya vilayətinin alman və lüksemburqlu qonşuları ilə sıx mədəni əlaqələri olması ilə izah edilir. Yarmarkanı təşkil edən Metz Expo qurumunun direktoru Mişel Koke deyir: “Yarmarkaya getmək bizdə bir adətə çevrilib, buraya gələnlərin 85 faizi bizim köhnə tanışlarımızdir, nəsildən-nəslə bu ənənəni davam etdirirlər”. Yarmarkanın dövriyyəsi 4 milyon avro təşkil edir, region üzrə iqtisadi əhəmiyyəti isə 60 milyon avrodur.
Yarmarka beynəlxalq miqyasda
Yarmarkanın əsas məqsədi regiondakı müəssisələrin fəaliyyətini gücləndirmək olub, amma illər keçdikcə o daha böyük vüsət alaraq beynəlxalq hadisəyə çevrilib. Ötən il dünyanın 26 ölkəsi sərgidə iştirak edib. Bu il yarmarkanın fəxri qonağı Yaponiya olacaq. Bu münasibətlə bu ölkənin adət-ənənələrinə və əldə etdiyi nailiyyətlərə həsr olunmuş böyük sərgi təşkil olunacaq. Yeni ölkələrin, məsələn, Hindistan, Vyetnam, Seneqalın, və həmişəki kimi qonşu Almaniyanın da iştirakı gözlənilir. Həmişə olduğu kimi, bu il də italyan şirkətləri mütləq sərgiyə gələcək, çünki, Lotaringiyada keçmişlərdən böyük bir italyan diasporası yaşayır.
Mes yarmarkasının müvəffəqiyyəti yalnız iştirakçıların əsas etibarı ilə dəyişilməz olması ilə izah olunmur, doğrudur onların 85 faizi hər il gəlir, amma hər il yeni-yeni firmalar da yarmarkaya üz tutur. Burada həm iri şirkətlərə, həm də orta və kiçik müəssisələrə rast gəlmək olar. Onlar qastronomiya, kənd təsərrüfatından tutmuş mebellərin hazırlanması və ekoloji cəhətdən təmiz olan məhsulların istehsalına qədər 20-dən artıq sektorda fəaliyyət göstərirlər.
Təşkilatçılar yarmarkaya sadiq olan firmaların iştirakı ilə kifayətlənmir, daima axtarışda olaraq sərgiyə gələnlərə müasir dövrün tələblərinə cavab verən yeni stendlər təqdim edirlər. Mişel Koke sözünə davam edərək deyir: “Sərgiyə gələn istehlakçıların tələbatlarına uyğunlaşmağımız vacibdir. On il bundan əvvəl yeni texnologiyalara maraq böyük idi. Hazırda isə servis xidməti və ya bədii sənət əsərlərinə daha çox üstünlük verilir”.
İlk dəfə 1948-ci ildə təşkil olunmuş yarmarka iqtisadi böhranların nə demək olduğunu bilmir. Mişel Koke deyir ki, : “yarmarka peşəkarlığı və eyni zamanda fərdi yanaşmanı özündə birləşdirən məhsulları əldə etmək arzusunda olan istehsalçılar, həm də istehlakçılar üçün ideal tədbirdir”.
Mes yarmarkası rəqəmlərlə:
İştirak edən müəssisələrin sayı: 750
İştirak edən ölkələrin sayı: 26
2012-ci ildə tamaşaçıların sayı: 220.000
Sərgi salonlarının sahəsi: 55.000 kv.m