Muəllif:

Mərmərə tunelindən 15 gün pulsuz istifadə ediləcək

Türkiyənin şərq və Avropa hissələrini birləşdirən «Mərmərə» dəmiryol tuneli çərşənbə axşamı istifadəyə verilib və bu böyük bir hadisə kimi dünyanın diqqətini özünə çəkib. Tunelin rəsmi açılış törənində Baş nazir Rəcəb Tayib Ərdoğan, Prezident Abdullah Gül, nəqliyyat, dənizçilik və kommunikasiya naziri Binalı Yıldırım, bizim nəqliyyat naziri Ziya Məmmədov, Yaponiya Baş naziri Sindzo Abe, o cümlədən Əfqanıstan, Gürcüstan, Bolqarıstan və Rumıniya hökumətlərinin təmsilçiləri iştirak ediblər.

Bu tunelin uzunluğu 13,6 kilometrdir. Qatarlar iki dəqiqədən bir intervalla hərəkət edəcəklər. Hər iki istiqamət üzrə sərnişindaşıma gün ərzində hardasa 1,2 milyon nəfər olacaq. Bu layihə eyni zamanda bir tunel vasitəsilə həm sərnişinlərin, həm də yüklərin daşına biləcəyi tək layihədir.
Tunelin istifadəyə verilməsindən sonra İstanbulda dəmiryol daşımaları 20 faiz artaraq ümumi daşımaların həcminin 28 faizini təşkil edəcək. Tikintiyə 2004-cü ildən başlanılmışdır.
Dəmiryol tunelindən 15 gün ərzində pulsuz istifadə etmək mümkün olacaq.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 172