Muəllif: Redaksiya
Mərmərə dəmiryol tuneli oktyabrın sonunda istismara verilir
İstanbulun Asiya və Avropa hissələrini birləşdirəcək Mərmərə dəmiryol tuneli oktyabrın 29-da istismara veriləcək.Anadolu agentliyinə istinadən,nəqliyyat, gəmiçilik və kommunikasiyalar naziri Binali Yıldırım deyib ki, tuneldə son hazırlıq işləri aparılır.
Tunelin uzunluğu 13,6 kilometr təşkil edəcək. Qatarlar hər iki dəqiqədən bir yola düşəcək. Hər iki tərəfə daşınılan sərnişinlərin ümumi sayı gün ərzində təqribən 1,2 milyon olacaq.
Bölüm: Dünya
Oxunma sayı: 166