Muəllif:

Mərkəzi Bankın valyuta ehtiyatları 13 milyard dollara yaxınlaşır

Mərkəzi Bankın valyuta ehtiyatları 13 milyard dollara yaxınlaşır.İyulun sonuna olan vəziyyətə görə, Azərbaycan Mərkəzi Bankının sərəncamında olan valyuta ehtiyatının ümumi həcmi 12 880,3 milyon dollar təşkil edib. Bu barədə MB rəsmi saytı məlumat verir.
Məlumata görə, ilin əvvəlindən AMB-nin valyuta ehtiyatları 10,13 faiz və ya 1185,5 milyon dollar (ilin əvvəlinə AMB-nin valyuta ehtiyatları 11 694,8 milyon dollar təşkil edib) artıb.
İllik hesablamada MB valyuta ehtiyatlarının həcmi 15,8 faiz və ya 1757,6 milyon dollar artıb.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 280