Muəllif: Redaksiya
Mərkəzi Bankın valyuta ehtiyatı 12,5 milyard dolları ötdü
Mayın sonuna olan vəziyyətə görə, Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan valyuta ehtiyatlarının ümumi həcmi 12 572,3 milyon dollar təşkil edib. Bu barədə AMB-nin rəsmi saytı xəbər verir. Bu ilin əvvəlindən AMB-nin valyuta ehtiyatları 7,5 faiz və ya 877,5 milyon dollar (ilin əvvəlinə AMB-nin valyuta ehtiyatları 11 694,8 milyon dollar təşkil edib) artıb. İllik hesablamada AMB-nin valyuta ehtiyatlarının həcmi 15,42 faiz və ya 1680,4 milyon dollar artıb.
Bölüm: İqtisadiyyat
Oxunma sayı: 421