Merkelin ardınca Olland da təbrik məktubu göndərdi
Fransa prezidenti Fransua Olland Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Bu məktubun göndərilməsi Almaniya kansleri Angela Merkelin təbrikindən sonra baş verdiyi diqqəti çəkir. Vaşinqton da bu seşkilərə münasibətinin dəyişdiyinin hiss etdirib.
Ollandın təbrik məktubunda deyilir: “Hörmətli cənab Prezident!
Azərbaycan dövlətinin başçısı vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi təbrik edir və yeni mandatınızın icrasında müvəffəqiyyətlər arzulayıram.
Ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsinə sadiq qalaraq siyasi, iqtisadi, mədəni və təhsil sahələrində əməkdaşlığımızın inkişaf etməsini arzulayıram.
Eyni zamanda, noyabr ayının 29-da Vilnüsdə Şərq Tərəfdaşlığı Zirvə Görüşündə müzakirə mövzusu olan Azərbaycan ilə Avropa Birliyi arasında yaxınlaşmanı diqqətdə saxlamanızı alqışlayıram.
Eləcə də Sizi əmin edirəm ki, Fransa Minsk qrupunun həmsədri kimi uzun müddətdir davam edən Dağlıq Qarabağ münaqişəsinin ədalətli və sülh yolu ilə həllinə dəstək verməyə qərarlıdır.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.