Muəllif:

Mərakeş çəyirtkəsi bölgələrdə sürətlə yayılmağa başlayıb

Bölgələrdə Mərakeş çəyirtkələri əkin sahələrində sürətlə yayılmağa başlayıb.
Ziyanverici həşəratların daha geniş ərazilərdə yayılmasının qarşısının alınması, eləcə də gəmiricilərin kütləvi ocaqlarının aşkar edilərək məhv edilməsi işlərinə start verildiyi bildirilir. KTN Dövlət Fitosanitar Xidmətinin Respublika Bitki Mühafizə Mərkəzi Ağstafa rayonunun Ceyrançöl ərazisində tədbirlərə başlayıb. Mərkəzin yerli qurumları Ceyrançölün 10 min hektar sahəsində çəyirtkələrə qarşı texnikalar və çiləyicilər vasitəsilə dərmanlama işləri aparıb.
Trend Kanal S-ə istinadən isə xəbər verir ki, Şəki rayonunun Qoxmuq kəndindəki təsərrüfatları bürümüş Mərakeş çəyirtkələri rayon ərazisinə yayılıb. Artıq çəyirtkələr Şəkinin Küdürlü kəndindəki əkin sahələrini də basıb. Bu hal fermerlərin ciddi narahatçılığına səbəb olub və çəyirtkələr barədə Şəki şəhər Bitki Mühafizə mərkəzinə məlumat veriblər. Artıq Dövlət Fitosanitar nəzarəti xidmətinin Respublika Bitki Mühafizə Mərkəzi mübarizə tədbirləri aparmaq üçün əraziyə texnika cəlb edib.
Xatırladaq ki, Mərakeş çəyirtkələri əkin sahələrinə kütləvi şəkildə gələrək bir neçə saat ərzində sahəni yararsız hala salır. İsti günlərdə Mərakeş çəyirtkələri çəkisinin yarısı qədər su itirir ki, bu da onların zərərli fəaliyyətini daha da artırır.
Qeyd edək ki, 1 ay ərzində 5 faza dövrünü yaşayan zərərvericilər 250 kilometr məsafəni uçaraq qət etmək qabiliyyətinə malikdirlər. Bu da Mərakeş çəyirtkəsinin təsərrüfatlar üçün nə qədər təhlükəli olduğunu göstərir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 504