Muəllif:

Mənzil fırıldağı: Fuad LTD-nin direktoru məhkəməyə çıxarılır

Fuad LTD MMC-nin direktoru Qasım Məmmədovun işi Ağır Cinayətlər məhkəməsinə göndərilib. Bu haqda ölkə prokurorluğundan bildiriblər. İstintaq Məmmədovun 2005-2009-ci illərdə Fuad LTD-nin direktoru olarkən Xırdalan şəhərində mənzil tikintisi adı ilə 186 vətəndaş tərəfindən ödənilmiş 1 milyon 846 min manat pulu mənimsəməkdə, 1 milyon 75 min manat məbləğində külli miqdarda vergi ödəməkdən yayınmaqda ittiham edilir.
İstintaq Məmmədova qarşı CM 178.3.2-ci (dələduzluq yolu ilə özgə əmlakını külli miqdarda ələ keçirmə), 213.2.2-ci (külli miqdarda vergiləri ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edib. İstintaq dövründə vətəndaşlara dəyən ziyanın tam ödənilməsi təmin olunub.
İstintaq tamamlanaraq, Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Fuad LTD MMC-nin mühasibi Ramin İbrahimov barəsində iş ayrıca icraata ayrılıb. İstintaqı Korrupsiyaya qarşı mübarizə idarəsi davam etdirir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 188