Muəllif:

Menyü: əsgər nə yeyəcək?

Nazirlər Kabineti ölkə Silahlı Qüvvələrinin və başqa silahlı birləşmələrin şəxsi heyəti üçün ərzaq payı normalarını təsdiq edib. APA-nın NK-nın rəsmi saytına istinadən xəbərinə görə, normalar Müdafiə, Daxili İşlər, Milli Təhlükəsizlik, Fövqəladə Hallar, Ədliyyə, Maliyyə, İqtisadi İnkişaf, Səhiyyə nazirliklərinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin və Dövlət Sərhəd Xidmətinin razılaşdırılmış təklifləri nəzərə alaraq qəbul edilib.
Qərarla Nazirlər Kabinetinin «Azərbaycan Respublikası müdafiə, daxili işlər, ədliyyə, fövqəladə hallar, milli təhlükəsizlik nazirliklərinin, gömrük orqanlarının, Dövlət Sərhəd Xidmətinin və qanunvericilikdə nəzərdə tutulan digər hərbi birləşmələrin hərbi qulluqçularını, sıravi və rəis heyətinə mənsub şəxslərini ərzaq payı və pul vəsaiti ilə təmin etmək haqqında» 1992-ci il 19 may tarixli 271 nömrəli qərarının 1-ci hissəsi və 2001-ci il 19 iyul tarixli 125-6 nömrəli qərarı 2012-ci il 31 dekabr tarixindən ləğv edilib. Yeni normalar bu il yanvarın 1-dən qüvvəyə minib.
Normalara uyğun olaraq, döyüş şəraitində hesab olunan hərbi hissələrdə döyüş növbətçiliyi aparan hərbi qulluqçulara 15 qr. kərə yağı, 20 qr. şəkər, 1 qr. çay, 100 qr. 1-ci növ çörək, dəniz səviyyəsindən 1000 metr yüksəklikdə yerləşən hərbi hissələrdə (bölmələrdə) həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara 20 qr. şəkər, 1 qr. çay, 100 qr. 1-ci növ çörək, 15 qr. kərə yağı və 1500 metr yüksəklikdə yerləşən hərbi hissələrdə (bölmələrdə) həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara 20 qr. şəkər, 1 qr. çay, 100 qr. 1-ci növ çörək, 15 qr. kərə yağı, 20 qr. qatılaşdırılmış şəkərli süd, daimi olaraq aerodromlarda, poliqonlarda, texniki və start mövqelərində uçuş aparatlarına bilavasitə xidmət edən zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına 50 qr. ət və 20 qr. pendir, təmənnasız qan verən donorlara (qan verdikləri gün) 45 qr. şokolad, 200 qr. təbii meyvə və giləmeyvə şirəsi, 50 qr. peçenye, ionlaşdırıcı şüalanmaların orqanizmə təsiri şəraitində və tərkibində zəhərli komponentlər olan yanacaqla işləyən (xidmət edən) hərbi qulluqçulara 50 qr. ət, 30 qr. kərə yağı, 100 qr. inək südü və 20 qr. pendirdən ibarət əlavə ərzaq yardımı veriləcək.
Xidməti vəzifələrini yerinə yetirərkən həlak olmuş hərbi qulluqçuların ailələrinə birdəfəlik maddi yardımın miqdarı 45-50 kq. düyü, 45-50 kq. şəkər tozu, 3 kq. çay, 20-25 kq. kərə yağı və 45-50 kq. 1-ci növ undan ibarətdir. İş günü hesab olunmayan bayram günlərində normanın dəyərinin 30 faizi həcmində əlavə ərzaq payı veriləcək.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 848