Muəllif:

Məmmədyarov və Nalbandyan Kiyevdə görüşüblər

Kiyevdə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında görüş keçirilib. Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik öz “Twitter” səhifəsində bu barədə məlumat verərkən bildirib ki, nazirlər əvvəlcə həmsədrlərin iştirakı ilə danışıqlar aparıblar, sonra təkbətək görüş keçirilib. Görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi müzakirə olunub.

Hələlik danışıqların yekunu haqda rəsmi açıqlama verilmir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 127