Muəllif:

Məmmədyarov Parisdə Nalbandyanla görüşüb

Parisdə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilib. Bu barədə APA-ya Xarici İşlər Nazirliyimətbuat xidmətinin rəhbəri Elman Abdullayev məlumat verib. Onun sözlərinə görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair məsələlər müzakirə olunub. Görüşdən əvvəl Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə görüşüb. Elman Abdullayevin sözlərinə görə, tərəflər yaxın həftələr ərzində daha bir görüş keçirmək və münaqişənin nizamlanması prosesini davam etdirmək barədə razılığa gəliblər:
“Xarici işlər naziri həmsədrlərlə görüşdə suriyalı ermənilərin Azərbaycanın işğal altında olan ərazilərində məskunlaşdırılması məsələsinə ciddi narazılığını bildirib. Nazir belə addımların qəbuledilməz və qeyri-qanuni olduğunu vurğulayıb”.
Elmar Məmmədyarov həmsədrlərlə görüşdə həmçinin Xocalı aeroprotuna uçuşların qanunsuz olduğunu bəyan edib və bildirib ki, bu, yalnız böyük miqyaslı nizamlanma planının tərkib hissəsi kimi həyata keçirilə bilər:
“Artıq bütün tərəfləri qane edən sülh sazişinin imzalanması və Dağlıq Qarabağ münaqişəsinin həlli vaxtı çatıb. Hansı ki bu münaqişənin kökündə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi durur”.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 151