Muəllif:

Məmmədyarov: Eurovisionda Azərbaycan əhalisinin çox hissəsi Rusiyaya səs verib

Eurovisionda Azərbaycanın xalları ilə bağlı detektiv filmlərini xatırladan hadisə baş verib. «Rossiya 24» telekanalına istinadən, bunu xarici işlər naziri Elmar Məmmədyarov rusiyalı həmkarı Sergey Lavrovla Moskvada birgə mətbuat konfransında deyib.
«Azərbaycan əhalisinin böyük əksəriyyəti rusiyalı təmsilçiyə səs verib. Azərbaycanın ən böyük mobil rabitə operatorunun məlumatına görə, Rusiya 1677 səslə ikinci pilləni tutub. Belə böyük səsləri digər iki mobil operatorlar da göstərib».
Onun sözlərinə görə,»səslər hara yoxa çıxıb?» sualı Eurovisionla əməkdaşlıq edən Azərbaycanın İctimai Televiziyasına aiddir, lakin məsələni araşdırmaq lazımdır.
Rusiya XİN rəhbəri Serqey Lavrovun sözlərinə görə, Azərbaycanın İctimai Televiziyası bu məsələnin detallarını aydınlaşdırandan sonra onunla bağlı digər məsələlərin müəyyənləşdirilməsində hansı tədbirlərin görüləcəyinə dair tərəflər arasında razılaşma var.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 139