Muəllif:

Məmmədhəsən Baharlıdan «Molla Nəsrəddin» hədiyyəsi

Ölümdən sonra da hədiyyə vermək olarmış. İstiqlal mücahidi, tarixşi alim Məmmədhəsən Baharlıdan «Molla Nəsrəddin» dərgisinin nadir toplusundan ibarət nadir hədiyyəsi indi ünvana yetişib. Milli Azərbaycan Tarixi Muzeyinə “Molla Nəsrəddin” jurnalının nadir sayları onun adından hədiyyə olunub. Azərbaycan MEA Milli Azərbaycan Tarixi Muzeyinə “Molla Nəsrəddin”in nadir saylarını ABŞ-da yasayan və Vaşinqtonda mühəndis işləyən soydaşımız Fərhad Məmmədov təqdim edib.
Bunlar bir vaxt Şərqin ilk və ən populyar satirik dərgisi olmuş “Molla Nəsrəddin”in 1908-1909-cu illərə aid saylarıdır.

Toplu vaxtilə görkəmli Azərbaycan iqtisadçı və etnoqrafı, cümhuriyyət dövrünün görkəmli ziyalısı, Azərbaycan İstiqlal Təşkilatının fəallarından olan, Ag dənizdəki Solovki konslagerinin əzablarını yaşamış Məhəmmədhəsən bəy Baharlıya (1896-1937) məxsus olub. M. H. Baharlı 1937-ci ildə güllələndikdən sonra onun kitabxanasındakı kitab və dərgilər qohumu Həsənov Mir Həsən Mir Əbdüləhəd oğluna qalıb. O isə sonralar bu sənədləri öz nəvəsi Fərhad Məmmədova verib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 257