Muəllif:

Memarlıq binası sabah “köçəcək”

Ötən yüzilin əvvəllərində yaşamış Bakı neft maqnatı İsa bəy Hacınskinin keçmiş evi aprelin 22-də yeni ünvanına “köçəcək”.

Füzuli küçəsi, 39 ünvanında yerləşən ev yolun genişləndirilməsi ilə əlaqədar 15 metr kənara çəkiləcək. “Köçürülməni” hazırlayan mühəndislərin Turan-a verdiyi məlumata görə, işlər bazar ertəsi başlayacaq və saat 24-də başa çatacaq.

Hazırda bina üçün yeni yer artıq təmizlənib: binanın üzərində hərəkət edəcəyi relslər çəkilib, domkratlar və digər avadanlıqlar hazır vəziyyətə gətirilib.

Xatırladaq ki, bu, Azərbaycanda ilk bina köçürülməsi olacaq. İşlər Hollandiya-Almaniya şirkəti tərəfindən həyata keçiriləcək. -0-

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 170