Muəllif:

Memar Zaha Hadid Azərbaycan Memarlar İttifaqının fəxri üzvü seçilib

Bakıda Heydər Əliyev Mərkəzinin binasının beynəlxalq arxitektur təqdimat mərasimində
bu binanın layihəsinin müəllifi, britaniyalı memar Zaha Hadid iştirak edib. Z.Hadid bu yaxınlarda BBC-yə müsahibəsində bəzi xoşagəlməz suallara cavab verməli olub. Belə ki, jurnalist Jeremy Paxman “nədən diktatorun adını daşıyan binanı layihələndirməyə razılıq verdiniz” sualı ilə müraciət edib. Jurnalist memarın işini “tiranın şərəfləndirilməsi” ilə müqayisə edib.
Buna cavab olaraq Zaha Hadid deyib: “Mən şəxsi mülk tikmirəm, ictimai binalar, məsələn, kitabxanalar, muzeylər tikirəm”. Jurnalistin binanın insan hüquqlarını pozan adamın adını daşıması barədə replikasının cavabında Hadid deyib: “Bu, onun adıdır. Mən onun adını dəyişə bilmərəm”.
Təqdimatda qeyd olunub ki, Zaha Hadid Azərbaycan Memarlar İttifaqının fəxri üzvü seçilib və akademik Mikayıl Useynov adına medalla təltif olunub (Turan).
Taha Hadid əslən İraqın Bağdad şəhərindəndir. 1950-ci ildə doğulub. Ərəb mənşəlidir. Britaniya vətəndaşıdır.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 366