Muəllif:

Məktəblərin birləşdirilməsi ilə bağlı xüsusi proqram hazırlanacaq

Təhsil Nazirliyi şagirdlərinin sayı az olan orta məktəblərin birləşdirilməsi ilə bağlı xüsusi proqram hazırlayacaq. Trend-ə nazirlikdən bildirilib ki, ümumi təhsil müəssisələrinin şəbəkəsinin rasionallaşdırılması istiqamətində xüsusi proqram hazırlanıb həyata keçiriləcək.
Bu işlər «Azərbaycan — 2020: Gələcəyə baxış» İnkişaf Konsepsiyası»nın əsasında reallaşdırılacaq.
Qeyd edək ki, Azərbaycanda 4000-dən çox orta məktəb var. Onların 1000-dən çoxunda şagird kontingentinin sayı 100 nəfərdən azdır.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 255