Məhkəmə Gültəkin Hacıbəylinin oğlunun atasının himayəsinə verilməsi barədə qərar çıxarıb
Məhkəmə keçmiş deputat Gültəkin Hacıbəylinin övladının onun himayəsindən alınaraq atasına verilməsi barədə qərar çıxarıb.
Nəsimi Rayon Məhkəməsindən APA-ya verilən məlumata görə, bu gün Hacıbəylinin keçmiş həyat yoldaşı Mahmud Mehdiyevin iddiasına baxılıb. Hakim Etibar Hümbətovun sədrliyi ilə keçirilən prosesdə Hacıbəylinin 9 yaşlı oğlu Toğrul Mehdiyevin anasından alınaraq atası Mahmud Mehdiyevin himayəsinə verilməsi barədə qərar verilib.
Hacıbəyli APA-ya bu barədə açıqlama verməkdən imtina edib. O, bunu APA-nın onun keçmiş həyat yoldaşının keçirdiyi mətbuat konfransını işıqlandırması ilə əlaqələndirib. Bir müddət əvvəl Mehdiyev mətbuat konfransı keçirərək Hacıbəylinin əleyhinə bəyanatlar verib və keçmiş həyat yoldaşını oğlunu ona göstərməməkdə ittiham edib.

