Məhbus oğluna xurmanın içində tiryək “sovqatı” gətirən ana tutuldu
Bu ağlasığmaz hadisə Penitensiar xidmətin və 12 saylı cəzaçəkmə müəssisəsində aşkarlanıb. Oktyabrın 13-də 12 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Orxan Famil oğlu Vəliyevin yanına qısamüddətli görüşə gəlmiş anası Nigar Qəşəm qızı Vəliyevanın gətirdiyi sovqata baxış keçirilən zaman «Royal Dates» xurma qutusunda olan 15 (on beş) ədəd xurmanın içərisində gizlədilmiş xalis çəkisi 14,83 qram narkotik maddə «tiryək» aşkar edilərək götürülüb.
Orxan Vəliyev (1985) CM 234.4.2-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma; təkrar törədildikdə) maddəsi ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilib. Oğulun cinayət və cəzası azmış kimi, indi anasını da caniyə çevirdi və indi o da cəza çəkəcək…