Muəllif:

Məhbus Mehdi Kuhianın durumu ağırlaşıb

Güney Azərbaycan xəbər qaynaqlarına istinadən, Marağa həbsxanasında saxlanılan türk fəallardan Mehdi Kuhiyanın səhhəti pisləşib. Mehdi Kuhian ETTELAAT idarəsində verilən qeyri-insani işgəncələr nəticəsində böyrək xəstəliyinə tutulub və həbsxana yetkililəri və orda olan növbətçi hakim milli fəalın müalicə olunmasına imkan vermirlər. Hazırda milli fəalın durumu ağır olaraq qalır və qıdalanma sistemi xəstəlikdən dolayı pozulub.
Mehdi Kuhian, milli fəal Abbas Vəlizadə ilə birlikdə keçən il dekabrn 30-da Güney Azərbaycanın Məlikan şəhərində ETTELAAT əməkdaşları tərəfindən tutulub və 40 gündən çox ağır işgəncələr və çətin şəraitdən sonra Marağa şəhər həbsxanasına köçürülmüşdülər.

Böyrək xəstəliyindən əlavə Mehdi Kuhian xərçəng xəstəliyindən də əziyyət çəkir, ancaq ona heç bir tibbi yardım göstərilmir.
Başqa bir xəbərə görə, İbrahim Nuri Əhər məhkəməsinə çağırılıb. Bu barədə «oyannews» məlumat yayıb.
Nuri 2013-cü il yanvarın 21-də 10 milyon tümənlik mülki vəsiqə qarşılığında Əhər zindanından zaminə buraxılıb. O, 2013-cü il martın 31-də Əhərin ümumi və inqilab məhkəməsinin 1-ci şöbəsi tərəfindən məhkəməyə çağırılıb.
Adını çəkdiyimiz azərbaycanlı fəal bundan öncədə dəfələrlə tutulub və müxtəlif təzyiqlərə məruz qalıb.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 159